İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Hacıyev söz alıb və özünü təqsirsiz hesab etdiyini deyib:

“Mənim otağımdan kart və əşyalar çıxdığına dair məlumatlar yalandır. Mən 2014-cü ildən rayondakı imkansız ailələrə yardımlar paylamışam. Qaçqınlara, şəhid ailələrinə kömək etmişəm”.

Daha sonra müdafiəçilər sabiq icra başçısının DTX-nın istintaq təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməsi ilə bağlı vəsatət veriblər.

Vəkillərin vəsatəti təmin olunub, V.Hacıyevin Penitensiar Xidmətin təcridxanasına köçürülməsinə dair qərar çıxarılıb.

Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.

Amin Nəzərli

İstinadlar Qafqazinfo