Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Bu barədə yerli “Delfi” portalı məlumat yayıb.
Təyyarədə dörd nəfər – iki pilot və iki sərnişin olub. Bildirilib ki, azı bir pilot sağ qalıb. Onu kabinədən çıxararaq tibb işçilərinə təhvil veriblər.