
“Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə ötən il 373 kiloqram çox – 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb”.
Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov keçirilən kollegiya iclasında deyib.
172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini bildirən nazir son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.