Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.