AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıb
  • Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapdı
  • Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb
  • Bakıda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb
  • ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək
  • Bakıda satıcı işlədiyi marketdən 10 min manat dəyərində ərzaq malları oğurlayıb
  • Xaçmaz sakinindən fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb
  • İranda avtobus aşıb, azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb
  • Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
  • Ağcabədidə ağır qəza – Ölən var
  • Cənubi Koreya ABŞ-la genişmiqyaslı atəş təlimi keçirməyi planlaşdırır
  • İran vətəndaşlarının Ermənistana axını azalıb
  • Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib 
  • Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb
  • UNICEF rəhbəri “Talibanı” qızları dərhal məktəblərə qaytarmağa çağırıb
  • NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib
  • Ötən gün İrəvan bələdiyyəsinin üç məmuru saxlanılıb
  • Zelenski Çili Prezidenti ilə telefonla danışıb
  • Türkiyədə Novruz mərasimində polisi daşa basan 200 nəfər saxlanılıb
  • Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başlayıb
  • İsrail Prezidenti müsəlman ölkələri liderlərini Ramazan ayı münasibətilə təbrik edib
  • Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək
  • Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • Özbəkistanda 6.6 maqnitudada zəlzələ olub
  • Yaponiya Ukraynaya hərbi texnikanın tədarükü üçün 30 milyon dollar ayırıb
  • Ərdoğan: “İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımalarıdır”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO
12/03/2023 23:23
Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video
21/03/2023 18:26
Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video
20/03/2023 22:32
Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO
20/03/2023 20:38
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
20/03/2023 18:35
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
20/03/2023 14:23
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
20/03/2023 12:37
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO
20/03/2023 11:11
“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
20/03/2023 11:03
“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
19/03/2023 20:50
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
19/03/2023 13:59
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
19/03/2023 10:08
Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO
18/03/2023 17:37
Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
18/03/2023 13:32
İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
17/03/2023 20:29
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
17/03/2023 10:29
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video
16/03/2023 20:02

Video xəbərlər

  • Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
  • Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl – Video
  • Sərhədi pozmağa cəhd edən pakistanlılar saxlanıldı – Video
  • “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı – VİDEO
  • Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

26/03/2023
16:11 “Rusiya sülhməramlılarının addımları Putinin imzası olan üçtərəfli bəyanata ziddir” – RƏY
16:08 Rusiya Prezidenti: “Qərb bütün qırmızı, hətta tünd qırmızı xətləri keçir”
15:41 Vuçiç Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqları gözləyir
15:11 Beş aylıq döyüşlər və ukraynalıların qətiyyətli müqaviməti – Baxmutda son vəziyyət necədir?
15:07 Serbiya Prezidenti: “Ukraynadakı münaqişənin qalibi olmayacaq”
15:05 Həftənin ilk üç gününün havası
14:56 Sergey Lavrov: “ABŞ bütün sərhədləri aşıb”
14:32 Azərbaycan səfiri: ” TAP-ın genişləndirilməsi mükəmməl addımdır”
14:29 Bakıda evdə yanğın oldu – 2 nəfər xəsarət aldı
14:26 Almaniya XİN Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarını qınayıb
14:20 Papa bu dəfə kurtkası ilə gündəm oldu – Foto
14:14 Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib
13:44 Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 29 faiz artıb
13:32 “Bu, haylara, eləcə də İrana ibrət dərsidir”
13:29 Masallı sakini Bakıda döyülüb
13:20 Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub, 5 mülki şəxs həlak olub
13:14 Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”
12:50 Hamburqda atışma olub, ölənlər var
12:38 Ukrayna Prezident Ofisi: “Putin uduzduğunu və qorxduğunu etiraf edir”
12:35 Hulusi Akar: “Terror təşkilatlarında ciddi çöküş yaşanır”
12:32 Sabahın havası açıqlandı
12:11 Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil”
12:05 “Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir
11:47 Mikroavtobus süpürgəçiləri vurdu – Ölən və yaralanan var
11:44 Ukrayna Təhlükəsizlik Şurası: “Belarus Kremlin nüvə girovuna çevrilir”
11:35 Yaxınlaşan sülh və Ermənistanın təxribatları – terror dövləti xislətindən əl çəkmir
11:11 İbero-Amerikan ölkələri Londonu Folklend adaları üzrə BMT qətnamələrini pozmaqda ittiham edib
10:14 Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var 
10:05 Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər 
10:02 Çin lideri Putinə nə barədə xəbərdarlıq edib?
09:46 Ukrayna Baş Qərargahından Rusiyanın itkiləri ilə bağlı qorxunc rəqəm
09:44 Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib
09:41 Ələtdə 49 yaşlı kişini öldürən şəxs saxlanıldı
09:35 İranda ard-arda iki zəlzələ oldu
09:29 Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var
08:56 Braziliya Prezidenti həkim məsləhəti ilə Çinə səfərini təxirə salıb
08:47 Bərdədə pulemyot satmaq istəyən şəxs həbs edilib – FOTO
08:41 Pentaqon nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaqdan imtina edib
08:05 Xankəndi-Laçın yolu: ekoaksiya 105 gündür ruh yüksəkliyi ilə davam edir
07:11 BMT: Bəşəriyyətin yaşaması su ehtiyatlarının idarə olunmasından asılıdır
06:53 Fransada iğtişaşlar zamanı azı 200 nəfər xəsarət alıb
06:05 Bu gün Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək
05:56 Honduras Çinə görə Tayvanla diplomatik əlaqələrini kəsib
05:23 Nyu York hakimiyyəti 20 milyon dollarlıq əntiq əşyaları Yunanıstana qaytarıb
04:47 Tramp ABŞ-ı “banan ölkəsi” adlandırıb
04:23 İsveçrə Ukraynaya “Rapira” zenit-raket sistemlərini vermək istəmir
03:56 Ukrayna Avropaya Rusiya və əlavə silahlarla bağlı çağırış edib
03:17 Rumıniyadan Misirə gedən təyyarənin komandiri uçuş zamanı huşunu itirib
02:20 Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsinə nə vaxt baxacağını açıqlayıb
01:53 Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək
00:44 İbrahim Kalın: “Sanksiyalar Rusiyanı Çinlə əlaqələri gücləndirməyə sövq etdi”
00:11 Ərdoğan Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir
25/03/2023
23:55 Netanyahunun oğlu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”
23:53 Yevlaxda meşəlik ərazidə yanğın olub 
23:17 Polşa Ukraynaya 2 milyard avroluq silah verib
22:56 Qərb Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından 2,6% gəlir gözləyir
22:29 Kanadanı Çinlə qarışdıran Bayden deputatların gülüşünə səbəb olub – VİDEO
22:26 Orucun sağlamlıq üçün – Faydaları
22:10 Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
22:08 Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Multimedia 12/03/2023 23:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.

Bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümü münasibətilə keçirilən əməliyyat müşavirəsiində deyib.

Bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, Daxili Qoşunların rəhbər heyəti və hərbi qulluqçuları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
Həmin gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların rəhbər heyətinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Milli Lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.

Oxumağa dəyər:   Azərbaycan MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır"

Nazir vurğulayıb ki, bu gün dövlət başçısının ali diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Müzəffər Ali Baş Komandanın əmri ilə düşmən həmlələrinə qarşı keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatlarında hərbi qulluqçularımız bunu bir daha təsdiq etdi.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin dünən imzaladığı müvafiq sərəncamları ilə daha 12 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir V.Eyvazov onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır. O da qeyd olunub ki, Məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr müasir standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.

Oxumağa dəyər:   Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

Möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini peşəkarlıqla davam etdirməsini vurğulayan nazir Vilayət Eyvazov Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Daxili işlər nazirinin müavini – daxili qoşunlar komandanı general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Tədbirə yekun vuran nazir V.Eyvazov DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini cənab Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edərək vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Oxumağa dəyər:   ABŞ-da Azərbaycanın su təchizatı sahəsində tətbiq etdiyi innovasiyalara dair tədbir keçiriləcək

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini – daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra mükafatlar sahiblərinə təqdim edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Multimedia 21/03/2023 18:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir.

Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Multimedia 20/03/2023 22:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.

Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.

Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.

Oxumağa dəyər:   Britaniya Ukraynaya uran mərmilərini tədarük edəcək

Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.

Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Multimedia 20/03/2023 20:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.

Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Multimedia 20/03/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.

Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Multimedia 20/03/2023 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Oxumağa dəyər:   Azərbaycan MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır"

Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 11:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Multimedia 20/03/2023 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

Şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

Oxumağa dəyər:   Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Oxumağa dəyər:   Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına bayram sovqatı paylanılıb 

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.










InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Multimedia 19/03/2023 20:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Birliyin rəhbər şəxsləri şöbə əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra bayram günündə Birliyin 104/185 Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri qurum rəsmiləri özləri cavablandırıblar.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Multimedia 19/03/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Oxumağa dəyər:   Elçin Əmirbəyov: "Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır"

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Multimedia 19/03/2023 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Tərtərin Talış kəndinə səfər edib.

Dövlət başçısı və xanımı səfər zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olublar.

Burada Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Hadisə 18/03/2023 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Belə ki, Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Oxumağa dəyər:   Prezident: "Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır"

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Multimedia 18/03/2023 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

– obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
– ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
– çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
– ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa dəyər:   Türkiyə MSK prezident seçkiləri ilə bağlı 11 namizədin müraciətini qəbul edib

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Multimedia 17/03/2023 20:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb. 

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Oxumağa dəyər:   Dövlət başçısı: "Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır"

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Multimedia 17/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

Müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir.

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.

Oxumağa dəyər:   "Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi" keçiriləcək




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Multimedia 16/03/2023 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 21/03/2023 18:26

Ucarın Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi yekunlaşmaq üzrədir – Video

Read more
Multimedia 20/03/2023 22:32

Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Read more
Multimedia 20/03/2023 20:38

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək – Vıdeo – VİDEO

Read more
Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
Multimedia 13/03/2023 17:30

Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video

Read more
Multimedia 13/03/2023 15:04

Samir Salam saxlanıldı – VİDEO

Read more
Hadisə 13/03/2023 11:14

Bakıda kuryerlərin mopedləri oğurlanıb – VİDEO

Read more
Multimedia 13/03/2023 10:53

Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı – VİDEO

Read more
Multimedia 13/03/2023 09:53

“Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Pənah Hüseyn – VİDEO

Read more
Multimedia 12/03/2023 23:23

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Read more
Multimedia 12/03/2023 19:31

Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb – VİDEO

Read more
Multimedia 12/03/2023 13:20

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Hadisə 12/03/2023 10:50

Giləzidə hərbi sursat aşkar edilib – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla