“Azərbaycanın Avropaya enerji nəqlinə sadiqliyini çox yüksək qiymətləndiririk. Bu gün biz cənab Prezidentlə (Prezident İlham Əliyevlə-red.) on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan (NABUKKO layihəsi-red.) həyata keçirilmədi”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.