“Viber” messencerində biznes üçün yeni funksiyalar əlçatan olub. Şirkətlərin profilləri haqqında informasiyadan ibarət səhifələr, həmçinin biznes mesajlara videonun əlavə edilməsi imkanı həmin funksiyalar sırasındadır.

Ənənəvi biznes mesajlarının imkanları, həmçinin genişləndiriləcək. Şirkətlər öz mesajlarına yalnız şəkil deyil, həm də çarxlar əlavə edə biləcəklər ki, bu da müştərilərin cəlb olunmasını artırmağa kömək edəcək.

Biznes mesajlar istifadəçilərə bilavasitə proqram daxilində brend şirkətlərdən münasib informasiya əldə etməyə imkan verir. SMS-dən fərqli olaraq, biznes mesajlar interaktivdir: mətn, foto, video, stiker və bir çox başqa əyləncəli məzmun göndərmək mümkündür.

İstinadlar ict news