Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunub.

O, Troekurovskoe qəbristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfndən əvvəl keçirilən vida mərasimində Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib. Sonra Quran ayələri oxunub.

Qeyd edək ki, 1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb.