
Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyyatsız davranaraq xəsarət alıb.
Məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb.
Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərov evdə silahdan ehtiyatsız davranarkən baş verib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, S. Əsgərov Dəmirçi kəndinin icra nümayəndəsidir.