Hökumət Evində ötən il iyulun 5-dən fəaliyyətə başlamış Vətəndaşların Qəbulu Mərkəzinə indiyə qədər 3 593 şəxs müraciət edib.

Məlumata görə, o cümlədən nazirliyin fəaliyyət istiqamətləri üzrə 600-ə yaxın vətəndaş qəbul edilib. Müraciətlər əsasən dövlət satınalmaları, istehlakçı hüquqları, əmlak və digər məsələləri əhatə edib.

Vətəndaşların Qəbulu Mərkəzi Hökumət Evində yerləşən dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır. Mərkəzin fəaliyyəti İqtisadiyyat Nazirliyi, o cümlədən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı, Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Omdudsman) Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumları əhatə edir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik edirlər.

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı” və psixoloq fəaliyyət göstərir.

İstinadlar Report