
“Əlbəttə, mənzil fondunun yenilənməsi alqışalayiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər”.
Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur: “Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarəetmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur”.
Daxilqızı