Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Abdinova hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, F.Abdinov vətəndaşlar – Ü.Əsədova, K.İsmayılova və E.Eynullayevə qarşı külli miqdarda dələduzluq edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

İstinadlar Report