“Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Aksiya  09, 12, 17 noyabr tarixlərində saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək və müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq. Ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair vətəndaşlara ETSN-nin mütəxəssisləri tərəfindən tövsiyyələr veriləcək. 

Ağac tingləri Xırdalanda 1 nömrəli məktəbin, Ramanada 316 nömrəli məktəbin həyətlərində, Sarayda Vəli Axundov adına parkda, Hövsanda Hövsan parkında paylanılacaq.

İstinadlar Qafqazinfo