“Şikayətlərlə bağlı passiv işləyən qurumlardan birincisi məhkəmələr və digəri isə sosial sahələrdir. Demək ki, bu qurumlarla bağlı problem var. Bizim komitəyə ictimai nəzarət funksiyasını həyata keçirən institutlar köməklik etməlidirlər”.

Bu fikirləri İnsan hüquqları komitəsinin iclasında millət vəkili Hikmət Məmmədov deyib.

“Bu qurumlar üzərində ictimai nəzarət olmalıdır ki, təzyiq hiss edib, işlərinə ciddi yanaşsınlar”, – deyə deputat əlavə edib. 

H.Məmmədov vurğulayıb ki, hazırda bəzi qurumlar yeni iş metoduna əl atıblar, hüquqi və funksional fəaliyyətlərini manipulyasiya edirlər: “İnformasiya məkanında vətəndaşı ittiham etməklə özlərini haqlı çıxarırlar və bu, tərəfsiz baş verir. Bu isə hüquqi simulyasiyadır”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo