Bakıda vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən Elsevər Həşimovun məhkəməsi başlayır.

Işin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, E.Həşimov zərərçəkmiş Mədəd Bayramovun 260 min dollarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. M.Bayramov hadisə ilə bağlı aidiyyatı qurumlara rəsmi qaydada müraciət edib və araşdırmalar aparılıb.

İstinadlar Report