“1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir”.

Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc bildirib.

Komitə sədri vurğulayıb ki, bu, çox böyük rəqəmdir: “Vətəndaş dövlət adından çıxarılan qərarların icra olunmadığını görəndə alternativ yollar axtarır. Özəl icra qurumlarının yaradılması təklif edilirdi, bunu etmək mümkün olsa, bu qədər qərar ayları, illəri gözləməz”.

***

Z. Oruc onu da bildirib ki, bir mənzilin 2 və daha çox şəxsə satılması problemi qalmaqdadır: “5250 nəfər bir mənzilin 2-3 nəfərə satılmasının qurbanlarıdır. Ailə tərkibi 4 nəfər götürülsə, bu, 20 minə qədər insanın ziyan çəkməsi deməkdir”.

Komitə sədri qeyd edib ki, tikintinin təməli qoyulanda reyestrləşdirilməli idi: “Bu, nə üçün edilmir? Kimə sərf etmir? 20 tikinti şirkətinin rəhbər şəxsləri həbs edilib. Avropa Məhkəməsinə gedən müraciətlərin 90 %-i məhz mülkiyyət məsələləri ilə bağlıdır. Bu bizi düşünməyə vadar edir”.

Zaur Mirzə

İstinadlar Qafqazinfo