“Əslində bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur. Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”. 

Bu fikirləri deputat Vüqar Bayramov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Deputat qeyd edib ki, elektron imza xərcdir və elektron imzanın xərci son illər artıb: “Biz əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa, elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”

Zaur Mirzə

 

İstinadlar Qafqazinfo