İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) alıcısı olan ölkələrin sayı artıb.

PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya ixrac edilir.

Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.

Xatırladaq ki, PUA-ların ilk alıcısı Azərbaycan olub və 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynayıb.

Hazırda uçuş-enmə zolağından, o cümlədən hərbi gəmilərin göyərtəsindən qalxıb enə bilən “Bayraktar TB3” pilotsuz təyyarəsinin hazırlanması həyata keçirilir.

İstinadlar Report