“Polkovnik-leytenant Əliyar Əsgərov, mən və mayor Sabir Nəsirov rəhbərlik tərəfindən müəyyən edilmiş istiqamətdə düşmənin motoatıcı birləşməsinə zərbə endirmək əmri aldıq. İlkin olaraq Əliyar Əsgərov tapşırığı icra etdi, sonra mən və mayor Sabir Nəsirov verilən hədəfə zərbə endirdik. İlk döyüş uçuşumuz belə oldu”.

Bunu Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlı müharibə dövründə döyüş uçuşlarından danışarkən deyib.

O, daha sonra Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan istiqamətində döyüş uçuşları həyata keçirdiyini bildirib: “Təbii ki, bu uçuşlar hər birimizin yaddaşında silinməz izlər qoyub. Çünki uzun illər sağalmayan yaramızı sağaltmaq, Qarabağı azad etmək üçün düşməni məhv etmək tapşırığı almışdıq. Atdığımız hər aviasiya bombası bizi tarixi zəfərə bir addım da yaxınlaşdırırdı. Hər döyüş uçuşundan sonra verilən hədəfin dəqiq məhv edildiyi informasiyasını alanda növbəti uçuşa daha da həvəslə hazırlaşır, düşməni darmadağın etmək üçün illər uzunu qazandığımız uçuş təcrübəsini ortaya qoyurduq.

İstinadlar Report