Vətən müharibəsinin iştirakçılarından biri də Yevlaxın Yəldili kənd sakini Mehdiyev Əli Firdovsi oğludur.

44 günlük döyüşlərdə iştirak edən Əli Mehdiyev müəllimdir. 

O, Milli Qəhrəman Fəxrəddin Nəcəfov adına Yevlax rayonu Yəldili kənd tam orta məktəbinin hərbi hazırlıq müəllimidir.

Ölkə Prezidentinin elan etdiyi qismən səfərbərliyə qoşularaq Suqovuşandan başlayan döyüş yolunu şanlı qələbəmizə qədər qəhrəmancasına davam etdirib. O, Suqovuşan və Laçının azad olunmasına görə medalları ilə təltif edilib. 

Tərxis olunduqdan sonra təkrar öz şərəfli müəllim peşəsini davam etdirir.



İstinadlar Qafqazinfo