Azərbaycan Silahlı Qüvvələri bölmələrinin mövqelərinə erməni silahlı terrorçularının təxribat xarekterli basqınlarına qarşı Azərbaycan Ordusunun əks-hücum həmlələri ilə başlayan Vətən müharibəsi Azərbaycanın parla qələbəsi və ermənilərin 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladıqları Qarabağ və ətraf rayonların azad olunması ilə sona çatdı.

44 gün davam edən Zəfər müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayan erməni silahlı terrorçuları Azərbaycanın münaqişə zonasından kənarda olan şəhər və rayonlarındakı mülki obyektlərə və yerli sakinlərə qarşı ağır artreliyadan və raket komplekslərindən atəş açaraq həmin ərazilərdə xeyli sayda fərdi yaşayış evlərinə, yaşayış binalarına, mülki şəxslərə və obyektlərə ziyan vururdular.

Erməni terrorçuları körpə, qoca, cavan, qadın, uşaq, böyük və kiçik demədən gecə saatlarında insanların yatdığı vaxt yaşayış binalarına, gündüz isə Xəstəxana, məktəb, restoran binalarına və insanların gur toplaşdığı rayon və şəhər mərkəzlərinə raket komplekslərindən hücumlar təşkil edirdilər.

Bu aramei terrorçularının hücumlarına məruz qalan mülki obyektlərdən biri olan Tərtər rayonunun Vüqar Cəfərov adına Əskipara kənd tam orta məktəbin inzibati binası müharibədən sonra yenidən təmir edilərək istifadəyə verilib.

Məktəbin şagirdləri və pedaqoji kollektivi “Məktəb hədəf deyil” şüarı ilə ilk dərs gününə başlayıblar.

Məktəbin direktoru Sərxan Budaqov “Report”a bildirib ki, bildirdiyinə görə, bu məktəbə ermənilərin iki ağır raket zərbəsi endirilib. Nəticədə məktəb binası dağılıb və tamamilə yararsız hala düşüb: “Bu gün artıq o ağır, çətin günlər geridə qaldı. Mənfur qonşularımızdan işğal etdikləri Qarabağ və ətraf rayonları da Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və dəmir biləkli igid oğullarımızın sayəsində azad etdik”.

S.Budaqov əlavə edib ki, cari tədris ilində 41 şagirdin təlim-tərbiyyəsi və təhsili ilə məktəbin 24 nəfər pedaqoji kollektivi məşğul olacaq. Məktəb pandemiya şərtlərinə uyğun ləvazimatlarla təmin edilib”.

İstinadlar Report