Cəlilabadda Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub.

Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.

İstinadlar Report