Vətən müharibəsi şəhidi Yusif Nəcəfovun atası Nadir Nəcəfov dünyasını dəyişib.

Bu şəhidin qardaşı Emin Nəcəfov məlumat verib. Onun sözlərinə görə, 50 yaşlı atası ötən gün insult keçirərək vəfat edib.

N. Nəcəfov Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, şəhid Yusif Nəcəfov 2001-ci ilin oktyabrın 14-də Bakıda doğulub. 2021-c ilin oktyabrın 13-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu gün torpağa tapşırılıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.


İstinadlar Qafqazinfo