Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu – kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun cənazəsi ailəsinin yaşadığı Lerik rayonunun Anbu kəndindəki evə gətirilib.

Hazırda rəsmi şəxslərin, şəhid yaxınlarının və rayon sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Mərasimdən sonra şəhid Anbu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Ə.Rəhmətov İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra mayın 6-da onun şəhid olduğu müəyyən edilib. Şəhidimizin nəşi Cəbrayıl rayonunda tapılıb.

Xatırladaq ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.

Allah rəhmət eləsin!

İstinadlar Report