Bu gün Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurrahmanovun xatirə abidəsinin açılışı olub.

Tədbir şəhidin adını daşıyan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub.

Şəhid polkovnik-leytenantın doğum tarixinə təsadüfən edən tədbirdə onun ailə üzvləri, hərbçi yoldaşları, rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, əslən Qəbələnin Əmirvan kəndindən olan Ə.Abdurrahmanov 1976-cı il mayın 25-də Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 10-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.