Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlayıb.

Hadisə bu gün axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlayıb.

Hadisə nəticəsində ağır xəsarət alan Həmid Gülməmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov

İstinadlar Qafqazinfo