Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib.

Hadisə Yastıqoba kəndində qeydə alınıb.

“Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər – 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.



İstinadlar Qafqazinfo