“Son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib.

Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında “ASAN İmza” əldə edirlər.

İstinadlar Report