ABŞ-nin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd olan Ceyms Devid Vens demokrat rəqibi və Minnesota ştatının qubernatoru Tim Uolts ilə teledebatda iştirak etməyə razılaşıb.

Bu barədə Vens “X” sosial şəbəkəsində məlumat verib.

“Mən təkcə oktyabrın 1-də CBS-dəki debat dəvətini yox, həm də sentyabrın 18-də CNN-dəki debat dəvətini qəbul edirəm”, – o deyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İyulun 21-də hazırkı prezident Cozef Bayden seçki yarışından çəkilmək qərarına gəlib və Kamala Harrisin namizədliyini dəstəkləyib. O isə öz növbəsində Uoltsu özünə tərəfdaş seçib.