Venesuelalılar ölkə üçün mübarizə aparmağa və özləri üçün parlaq gələcəyi təmin etməyə hazırdırlar.

Bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkədə keçiriləcək seçkilərə həsr olunmuş onlayn mətbuat konfransında deyib.

“Bizə müstəqilliyi heç kim vermədi, onun uğrunda mübarizə apardıq, vuruşduq. Biz o dövrün müstəmləkəçi dövlətləri qarşısında müstəqilliyimizin təməl daşını qoyacaq qədər irəli getdik. Lakin 200 ildən çox vaxt keçdikdən sonra Venesuela yenidən eyni geosiyasi münaqişənin içindədir”, – o vurğulayıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçiriləcək.