Venesuela Hərbi Dəniz Qüvvələrinin “Simon Bolivar” təlim gəmisi ölkənin cənub-şərq sahilindəki Kubanın Santyaqo-de-Kuba şəhərinin sularına daxil olub.

“Sərhədsiz səfir” adlandırılan yelkənli gəmi Santyaqo-de-Kuba limanında salamlama əlaməti olaraq 21 yaylım atəşi ilə qarşılanıb.

“Simon Bolivar” artıq üçüncü dəfədir ki, Kubaya səfər edir. Göyərtəsində 173 dənizçinin olduğu gəmi Kuba Hakimiyyətinin nümayəndələri, bu ölkənin İnqilabi Silahlı Qüvvələri, Venesuelanın respublikadakı səfirliyi və eyniadlı vilayətin qubernatoru Manuel Falkon Hernandez tərəfindən qarşılanıb.

İstinadlar Report