Venesuelanın paytaxtı Karakasda etirazlar zamanı atəş səsləri eşidilib.

Bu barədə NTN24 telekanalı “X” sosial şəbəkəsində məlumat yayıb. Yayımlanan videoda atəş səsləri eşidilir.

Jurnalistlər etirazçılara mülki geyimdə naməlum şəxslər tərəfindən atəş açıldığını iddia edirlər.

Polis və milli qvardiya nümayişçilərin Prezident sarayına yolunu bağlayıb və gözyaşardıcı qazdan istifadə edib.

İstinadlar Report