
Sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaitindən istifadə edib.
Bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab “Cable a Tierra” radiostansiyasına müsahibəsində bildirib.
“USAID-dən pul alan venesuelalı sağçı ekstremistlər həmin vəsaitdən qanuni hökumətə qarşı sui-qəsd hazırlamaqda istifadə etdiklərinə görə təhqiqat altındadırlar”, – Saab vurğulayıb.
Onun sözlərinə görə, hazırda özünü prezident elan etmiş Xuan Quaydonun qondarma müvəqqəti hökumətinin USAID-in vəsaitlərindən qeyri-qanuni istifadəyə imkan verən korrupsiya sxemləri ilə bağlı araşdırmalar aparılır.