Venesuelanın Merida ştatında qida çatışmazlığına qarşı keçirilən etirazlar və soyğunçuluq halları nəticəsində azı 4 nəfər ölüb

Bu barədə ştatın qubernatoru Ramon Qevara deyib.

Məlumata görə, 15 nəfərdən çox xəsarət alan var, 12 şəxs saxlanılıb.

Belə ki, etirazlar Meridanın 4 bələdiyyəsində başlayıb. İnsanlar fermalara hücum edərək aclığı bəhanə gətirməklə  200-dən çox mal-qaranı kəsib. Həmçinin içərisində qidanın olduğu 12 yük maşını qarət edilib.

Ölkədəki ağır iqtisadi vəziyyətlə bağlı keçirilən etiraz aksiyalarında ümumilikdə 120 nəfər ölüb. 

İstinadlar Report