Venesuelanın Müdafiə və Daxili İşlər Nazirliyi şənbə günü, iyulun 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı əlavə təhlükəsizlik tədbirləri həyata keçirəcək.

Iyulun 26-dan iyulun 28-dək bütün ölkə ərazisində quru sərhədlər bağlanacaq, spirtli içkilərin satışı və hərbi qulluqçularla növbətçi polis əməkdaşları istisna olmaqla əhalinin silah gəzdirməsi qadağan ediləcək.

Bu müddət ərzində nümayişlər və kütləvi toplantılar, ağır yük maşınlarının hərəkəti və pirotexniki vasitələrin satışı qadağandır.