Çərşənbə axşamı Venesuelanın paytaxtı Karakasda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə qanun keşikçiləri arasında baş vermiş toqquşmalarda azı 19 nəfər xəsarət alıb.

Bu barədə Karakasın Çakao bələdiyyəsinin səhiyyə idarəsinə istinadən NTN24 telekanalı məlumat yayıb.

Yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Karakas və ölkənin digər şəhərlərində bir qrup hərbçinin müxalifət lideri Xuan Quaydonun tərəfinə keçməsindən sonra başlayan anti-hökumət çıxışları davam edir.

İstinadlar Report