Venesuelada prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı ikisi Milli Qvardiyanın üzvü olmaqla azı 25 nəfər ölüb.
Bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
Onun sözlərinə görə, iyulun 29 və 30-da baş vermiş zorakılıq dalğası təhlükəsizlik güclərindən möhkəm və qəti tədbirlər tələb edib: