Venesuelada baş verən etirazlar fonunda vandalizm aktlarının törədilməsinə və sabitliyi pozan hərəkətlərə görə ən azı 15 nəfər saxlanılıb.
Bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, 15 yaşlı yeniyetmə də daxil olmaqla 9 nəfər “vandalizm aktları törədərkən və partiya qərargahlarını yandırarkən saxlanılıb.