Venesuela hakimiyyəti və Amerikanın “Chevron” şirkəti yaxın saatlarda respublikada neft hasilatının artırılmasına dair müqavilələr imzalayacaq.

Bu barədə çərşənbə axşamı Venesuelanın neft sənayesi naziri Tarek əl-Ayssami bildirib.

“Chevron” şirkətinin (Venesuelada) (nümayəndəliyi) prezidenti Xavyer La Rosa ilə uğurlu görüş keçirdim. 2023-cü ildə şirkətin Venesuelada fəaliyyət göstərməsinin 100 ili tamam olacaq”, – nazir tviterdəki səhifəsində yazıb.

“Yaxın saatlarda biz Venesuela konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq əvvəlki kimi birgə müəssisələrin və neft hasilatının inkişafına təkan vermək üçün müqavilələr imzalayacağıq”, – o vurğulayıb.

İstinadlar Report