Venesuela Prezidenti Nikolas Maduro yaraqlıların Karakasda terror aktı törətməyi planlaşdırdıqlarını bildirib.
Bu barədə Venesuela lideri Miraflores sarayında keçirdiyi mətbuat konfransı zamanı danışıb.
Onun sözlərinə görə, qumbara və digər silahlarla təchiz edilən muzdlu qrupun üzvləri Karakasın Bellomonte bölgəsinə hücum etmək niyyətindədirlər. O, yaraqlıların bəzilərinin paytaxta Zuliya əyalətindən gəldiyini izah edib.
“Onlar artıq prezident seçkilərindən sonra paytaxt Petare bələdiyyəsində baş verən iğtişaşlarda iştirak etmişdilər”.