Venesuelanın Silahlı Qüvvələri və ölkə polisi respublika prezidenti vəzifəsinin icrasına başlayan Nikolas Maduroya sədaqət andı içib.
“Komandante, Venesuelanın keçmiş prezidenti Uqo Çaves yeni dövlət yaratmaq üçün hərbi-vətəndaş ittifaqı qurdu. Bu müddət ərzində biz nəhəng sıçrayışa nail olduq, xalqın gücünün, Silahlı Qüvvələrinin və polisin birləşməsinə nail olduq”, – Maduro andiçmə mərasiminin keçirildiyi Venesuelanın paytaxtında Fort Tyune qarnizonunda deyib.
Dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı vurğulayıb ki, hərbçilər Venesuelanı xarici düşmənlərdən qorumaq və konstitusiyaya uyğun olaraq azad cəmiyyət qurmaq üçün nizam-intizamı qorumalı, əmrlərə tabe olmalı və tamamilə sadiq olmalıdırlar.
“Sadiqlik aktı yerinə yetirildi və deyə bilərik ki, bu, 10 yanvar Konstitusiya zəfərinin möhkəmləndirilməsi aktına çevrildi. Biz qalib gəldik”, – Maduro vurğulayıb.
“Allah Ordumuzu və xalqımızı qorusun”, – o, əlavə edib.