Venesuelanın Boliviyadakı səfirliyinin diplomatik personalı bu ölkəni tərk edib.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Qırx səkkiz saat əvvəl mən bütün diplomatik personala ölkəni tərk etməyi əmr etdim”, – deyə Maduro kitab yarmarkasındakı çıxışının gedişatında diplomatların qayıdışı barədə bildirib. Venesuela prezidentinin sözlərinə görə, səfirliyin əməkdaşları şəxsi təhdidlər alıblar. Onları binanı hücumla ələ keçirib yandırmaqla hədələyiblər.

Boliviyanın Xarici İşlər Nazirliyinin müvəqqəti başçısı Karen Lonqarik noyabrın 15-də ölkənin daxili işlərinə müdaxilə üçün Venesuela diplomatlarını persona-non qrata elan edib.

İstinadlar Report