Venesuela hökuməti BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məsləhət bürosunun fəaliyyətini dayandırır və əməkdaşlarından 72 saat ərzində ölkəni tərk etməyi tələb edir.

Bunu respublikanın xarici işlər naziri İvan Xil Pinto “Venezolana de Televisión” telekanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

“Venesuela Bolivar Respublikası, işçiləri 72 saat ərzində ölkəni tərk etməli olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Venesueladakı texniki məsləhət bürosunun fəaliyyətini dayandırmaq qərarını elan edir”, – Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Venesueladakı ofisini “müstəmləkəçilik siyasəti və BMT Nizamnaməsinin pozulmasında” təqsirləndirir.

Nazir vurğulayıb ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə anlaşma haqqında saziş bağlandıqdan sonra Venesuela bürosu “qərəzli mövqe tutur” və “ölkə Prezidenti Nikolas Maduronu, ölkənin dövlət, siyasi xadimlərini öldürmək üçün dövlət çevrilişi cəhdlərində, sui-qəsdlərdə iştirak edən şəxslər üçün cəzasızlığı təmin etməyə”çalışır.

İstinadlar Report