İtaliya hökuməti güclü daşqından xeyli zərər çəkən tarixi Venesiyada bərpa-təmir işlərinə 65 milyon avro əlavə vəsait ayıracaq.

Ölkənin İnfrastruktur və Nəqliyyat Nazirliyinin bugünkü bəyanatına görə, adıçəkilən vəsaitin 46 milyon avrosu şəhərin özünün bərpasına, qalan məbləğ isə Venesiya körfəzinin mühafizə və müdafiə tədbirlərinə sərf olunacaq.

Qeyd edək ki, bundan əvvəl şəhərin bərpa-təmir işlərinə 20 milyon avro ayrılmışdı.

İstinadlar Report