İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartı qəbul edilib.
Dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur – velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.