Yeni Zelandiyanın paytaxtı Vellinqtonun yaxınlığında 4,9 maqnitudalı zəlzələ olub.
Bu barədə dövlət geoloji xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri paytaxtdan 80 km qərbdə – Pikton qəsəbəsinin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 35 km dərinlikdə olub.