Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.

Vəkil Vüqar Xasıyev bildirib ki, general-mayor Vəli Ələsgərov təxminən yarım saat əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib.  

Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb. Bu gün isə vəkil qərarın icra olunmadığını bildirirdi. 

 

İstinadlar Qafqazinfo