Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar davam etdirilir.
Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, aprelin 18-də “Arbitrium” Vəkil Bürosunun vəkilləri Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən isə Bakı istintaq təcridxanasında saxlanılan şəxslərə qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Aksiyada ümumilikdə 45 nəfərə yaxın şəxs yaradılmış bu imkandan istifadə edib.