Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.

Bu barədə “Report”un Rusiya bürosuna açıqlamasında vəkil Ələkbər Qarayev məlumat verib.

O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs-qətimkan tədbiri seçilə bilər:

“2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, ötən gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”.

İstinadlar Report