iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün vatsap messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya olacaq.

Bu barədə WABetaInfo portal yazı dərc edib.

Mütəxəssislərin sözlərinə görə, vatsap tərtibatçıları videonun geri çəkilməsi variantını artıq təqdim ediblər.

Qeyd olunub ki, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.

Mütəxəssislər vurğulayıblar ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər. Hazırda ondan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər. 

Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

İstinadlar Qafqazinfo